Kayıtlar

Ocak, 2018 tarihine ait yayınlar gösteriliyor

Əşyaların səsi- VI hissə

Resim
                                                                                   Qara işıq görürəm.                                                                                                               Viktor Hüqo                                   Boş küçədə işıq dirəyi olmaq asan deyil. Gecələr adamlara yol göstərməyi, onları qaranlıqdan xilas eləməyi  yox  gur işığımın üzlərinə düşüb narahat eləməyini sevirəm. Uşaqların mərc gəlib zərif şüşəmi, şüşəmin altındakı lampanı hədəf seçib daşla vurmağa çalışmaqları çox acığıma gəlir. İşıq dirəyi olmaqdan utanıram. Gur işığımın altında hansı biabırçılıqların, naməlum qətillərin, bədbəxt hadisələrin oluduğunu bilsəydilər bunu eləməzdilər.             Bax o sarı saçlı uşağın anası hər gecə mənim işığımın altında gizli-gizli  maşına minib gedir, sübh vaxtı qayıdır. Uzun müddətdir ki, yoxa çıxdığı deyilən adamı maşın vuran an nə qədər gözlərimi yummaq istəsəm də heyif ki, gözlərim yox idi və bədbəxtlikdən baş verən ha

Əşyaların səsi- III hissə

Resim
                                                                  Keçmişdə xoşbəxt olan hər şey bu günün əzabıdır. Edqar Allan PO Hamı keçmişdə xoşbəxtdir. İçimə yığılan xatirə parçalarını toplasam bunlardan bir neçə insan həyatı edəcəyini bilirəm. Ancaq yazılan kitabların  yalnız bir həyatın yox, bir neçə həyatın məhsulu olduğundan da xəbərim var. Bəxdbəxt insanların niyə hər şeyə yenidən başlamaq üçün məni yox eləmək, silmək istədiklərini  yalnız həyatın başladığı yerin yaddaşsızlıq olduğunu düşündüklərinə görə olduğunu bilirəm. Belə düşünən adamlar heç vaxt xoşbəxt olmamaqla bərabər, yaddaşlarını da böyük qəzaları saymasaq heç vaxt itirmirlər. O zaman insanın yaddaşa olan həqiqi münasibəti necə olmalıdır ? İlk öncə onu deyə bilərəm ki, insan bütünlüklə yaddaşdan ibarətdi. Yaddaşı inkar eləmək insanın özünü inkar eləməsindən başqa bir şey deyil. Heç nə olmayanda yaddaş var idi demək istədiyimi hiss eləmiş kimisiniz. Ancaq bunu deməyəcəm. İnsan varsa yaddaş da var və yaddaş

Əşyaların səsi- II hissə

Resim
Yaddaşımın tarixi enliyarpaqlı meşələrdən birində başlayır. Səmaya uzanan hündür ağacın bir parçasıyam. Bəmbəyaz üzüm ilə mətbəə dedikləri yerə gələndə içəridəki qarışıqlıq mənə ağac gövdələrinin, budaqlarının sarmaşıqlarla bir-birinə girdiyi , indi yerində xarabalığı xatırladan nəhəng boşluğun qaldığı meşəni xatırlatdı. Bu qarışıq mənzərədən bəyaz üzüm rəng almasa da nazik bədənimdə nələrinsə yer dəyişdiyini, içimdəki zəlzələdən hər şeyin alt-üst olduğunu duyub üst-üstə yığıldığımız dostlarımı bir az da möhkəm qucaqladım. Məni kəsib bədənimi onlarla hissəyə ayıranda, qoxusundan diksindiyim mürəkkəblə üzərimə hərflər vurub, heç sevmədiyim yapışqanla yad səhifələrə yapışdıranda başqa naməlum bir həyata başladığımı bilmişdim. Ancaq bütün bunlar baş verərəkən bir anda yaddaşımı itirdiyimi düşünüb dəhşətə gələcəkdim ki, əslində yaddaşımın itmədiyini, ancaq başqa səhifələr ilə qarışıb bütün olduğunu anlayıb rahat nəfəs aldım. Qəzetə çevriləndən sonra içimdə şiddətli bir yalan danışmaq

Əşyaların səsi- I hissə

Resim
Bir gün bir adam tanımışdım və bütün həyatım dəyişmişdi. İndi onun haqqında  yalnız keçmiş zamanda danışmağım hər şeyin bitməsi, yaşadığım hər nə varsa yaddaş xarabalığında itgin düşməsi və bir dəfəlik xatirəyə çevrilməsi mənasına gəlmir. Ona görə xatırlamağa çalışdıqca hər dəfə bir hadisə əlavə olunan həmin günlərin qaranlıq, özümün də anlmaqda çətinlik çəkdiyim sirli tərəfindən bəhs edən əlinizdə tutduğunuz bu kitabı tam,  bitmiş hesab eləməyin.                                                                                                         *** Marsel Prustun “ İtgin zamanın sorağında” epopeyasından “Albertina itgin” romanını soruşmaq üçün girdiyim kitabxanada imza günü keçirildiyini görüb təəccübləndim. Sonralar anlayacaqdım ki, indi adını xatırlamaqda çətinlik çəkdiyim yazıçının  imza gününə yığışan adamların yarısı yazıçı, şair yarısı da  dost-tanışlarıdı. Onu ilk dəfə orda görmüşdüm. Gözlərini əlindəki kitabdan ayırmadan  yanındakı ifadəsiz qızın fiziologiyasından m

Qəribə gecə

Masanın üzərində boş çaxır şüşəsi. Yarım dişlənmiş alma. İlahi nizama qoşulan külək pəncərəmin açıq yerindən otağa dolur. -Çay içirsən ? Ya da gözlə, indi gətirirəm. Mətbəxtdəyəm. Hər şeyin rəngi bəyaz. Küncdə mürgüləyən pişiyin xəstə nəfəsi diqqətimi özünə yoluxdurur. Yağış. Əlimdəki çay stəkanı yataq otağının köhnə masasına toxunur. Qulağıma dolan o möhtəşəm səs. -İç, yorğunsan. Pəncərəni bağlayıram. Əyləşmək üçün yer göstərib çiynimi divara söykəyirəm. -Bir az sonra... Əvvəlcə xırda bir söhbət. Başını razılıqla yellədib gözümün içinə dikilir. Çiynindəki bənövşəyi lələkli çantanı çıxarıb yatağın başından asır. Xəfif bir gülümsəmə. Sarımtıl saçından təsadüfi bir tel qopmuş, yastığın maili üzündə sürüşüb yerə yollanmışdı. Sakitliyimi necə qoruduğu tavanda gəzişən milçəyin səsindən bildim. Bütün təcrübəsizlər kimi yaşını soruşdum. -18- içini çəkdi. Ona 25 dən aşağı verməzdim. Ancaq 18 deyirsə deməli ona 18 yaşın nəvazişi ilə yaxınlaşmalıydım. Qəfil y

Əsl mistika

Resim
Müxtəlif yerləri tanımaqla, müxtəlif adamları tanımaq qohum hislərdir. Əvvəl axır ikisini də unuduram. Yəqin başa düşürsünüz, unudandan sonra kimin kim, nəyin nə olmağı fərq eləmir.  Buna görə nə vaxtsa xatırlamağa çalışdığım yerdən adam olaraq, nə vaxtsa   unutmağa çalışdığım adamdan yer olaraq bəhs etmişəmsə bağışlayın. Bax elə indicə xatırladığım dostumun dilində təsbeh elədiyi o sözü düşündüm. Avqust ayı idi. Çox içmişdik. Siqareti barmağına keçirib əlində dirijor çubuğu kimi sallaya-sallaya demişdi : - Bax dostum, hamımız dayanacaq həyatı yaşayırıq. Adamlar gəlirlər, dururlar və gedirlər. Başa düşürsən, heç arxalarına da baxmırlar. Heç darıxmırlar da . Heç veclərinə də deyil. Siqaretindən dərin qülla alıb çiynini işıq dirəyinə söykədi. -Dayandınsa ölməyə məhkumsan. İkimiz də susduq. Bakını gecələr daha çox sevirəm. Gündüzlər çiynimi çəkə-çəkə, asvlat səkilərində ayağımı sürüyə-sürüyə, öz içimə yığıla-yığıla yerisəm də gecələr gözünə döndüyüm küçələrdə yerişi