Qəribə gecə

Masanın üzərində boş çaxır şüşəsi. Yarım dişlənmiş alma. İlahi nizama qoşulan külək pəncərəmin açıq yerindən otağa dolur.

-Çay içirsən ? Ya da gözlə, indi gətirirəm.

Mətbəxtdəyəm. Hər şeyin rəngi bəyaz. Küncdə mürgüləyən pişiyin xəstə nəfəsi diqqətimi özünə yoluxdurur. Yağış. Əlimdəki çay stəkanı yataq otağının köhnə masasına toxunur. Qulağıma dolan o möhtəşəm səs.

-İç, yorğunsan.

Pəncərəni bağlayıram. Əyləşmək üçün yer göstərib çiynimi divara söykəyirəm.

-Bir az sonra... Əvvəlcə xırda bir söhbət.

Başını razılıqla yellədib gözümün içinə dikilir. Çiynindəki bənövşəyi lələkli çantanı çıxarıb yatağın başından asır. Xəfif bir gülümsəmə. Sarımtıl saçından təsadüfi bir tel qopmuş, yastığın maili üzündə sürüşüb yerə yollanmışdı. Sakitliyimi necə qoruduğu tavanda gəzişən milçəyin səsindən bildim.

Bütün təcrübəsizlər kimi yaşını soruşdum.

-18- içini çəkdi.

Ona 25 dən aşağı verməzdim. Ancaq 18 deyirsə deməli ona 18 yaşın nəvazişi ilə yaxınlaşmalıydım. Qəfil yağış güclənir.

Siqaret yandırdım. Tüstü tavana yığıldı. Yaxınlaşdım. Yanında oturdum. Saçlarına sığal çəkdim.

- Tələsmə. Bütün gecə burdayam.

Siqaret yandırdım. Alışqanın səsi tavandakı milçəyin varlığını bir neçə saniyə unutdurdu. Baxışlarını divarda gəzdirdı. Dodağını çiynədi. Susurdu.

Daha bir təcrübəsiz cümlə

- Qəribə gecədir. Elə deyil ?

Cavab yoxdur.

- Deyirəm ki, qəribə gecədir.

Sükut.

Lal baxışlarını asılqana ilişən yerdə yaxaladım. Dodaqları titrədi. Qəfil üzərimə atılanda bayırda şimşək çaxacaqdı. Bir neçə dəqiqə öpüş. Üzərimdəki ət parçasının ağırlığından bezdim. Telefon zəngi və dəstəyin o biri tərəfindən gələn kişi səsi.

- İşdəyəm. Sonra danışarıq.

Zərif səsi bayırdakı yağışa qarışdı. Duruxdum.

- Məni dinləməlisən. Səni şiddətlə sevirəm. Biz hər şeyə yenidən başlaya bilərik. Hər şeyi geridə qoyub başqa ölkəyə gedərik. Xoşbəxt olarıq. Yalvarıram...

Yarımçıq kəsilən ümidsizlik. Tavana dikilən narahat baxışlar. Otaqdakı ikinci siqareti yandırır və mən bu an düşünürəm ki, kimsə haradasa üçüncü siqaretin tüstüsünü çiyərinə yola salır.

Başını çiynimə söykəyib. Baxırda yağış səngiyir. Bax, indi şimşək çaxacaq. Durub pəncərəni açıram.

-Qəribə gecədir. Elə deyil ?

Cavab yoxdur.

-Deyirəm ki, qəribə gecədir.

Sükut.



Yorumlar

  1. 10 Best Sports To Play On The SEGA Genesis Mini - Sporting 100
    It is a compact Sega Genesis / Mega Drive that comes with two classic wired 4-button control 사설 토토 사이트 pads. The pads are designed to

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Əsl mistika

Orxan Həsənzadə- Tək gecəlik Qara Qarayev prospekti