Kayıtlar

Mayıs, 2018 tarihine ait yayınlar gösteriliyor

Saatlar da ölür

Resim
Deyirsən nəsə danış. Nə deyə bilərəm ki, oğul? Görürsən, bütün günüm burda – bu saat dükanında keçir. Az qala səksən yaşla çiyin çiyinəyəm. O yuxarıdakı hündür binanı görürsənmi? O binanın aşağısında köhnə bir məhlə var. Bax o məhlədə qalıram. Düz qırx ildir hər səhər gözümü ovxalayıb gələrəm bura. Nə ərinərəm, nə də bezərəm. Niyə ərinim ki, bala? Adam öz ev-eşiyindən, öz işdən ərinərmi? Azarlı olduğum vaxtlarda başımın ucunda həmişə bir saat saxlaram. Elə bilərəm ki, bu dükana gəlməsəm bax o divarda gördüyün saatlar vaxtdan üz döndərər. İşləməz.  Günə iki, iş yaxşı olanda beş adam gələr. Əvvəl saatın orasına- burasına baxaram, əməllicə yoxlaram, görsəm ki, işin ömrü uzundur, çox tutmaram, deyərəm get, sabah gəlib götürərsən. Yox, xırda işdirsə onda bir çay qoyaram. Gördüyün bu dükan ki var, ata yadigarıdır, bala. Ağlım kəsənə qədər bura atamla gəlib getmişəm, ağlım kəsəndə isə artıq atam yox idi. Jurnalistsənmi, bala? Yaman həvəslisən. Görürəm dilimdən söz qoparmamış getməyəcə