Kayıtlar

Mart, 2018 tarihine ait yayınlar gösteriliyor

Yalnız adamın nağılı

Resim
Başıma nə gəlibsə bu kitablardan gəlib. İndi sizə danışacağım hekayənin baş verdiyi ərəfədə bütün günü oxuyurdum. Niyə oxuyurdum? Düzü, heç orasını da bilmirəm. Neyniyim, vərdiş eləmişəm. Adam var siqaretə, içkiyə nə bilim daha nələrə vərdiş eləyir. Mən də bu tövr. Bəs yazmaq? O da öz yerində. Arada içimdəki sim dilə gəlir. Sevdiyim yazıçılara oxşamaq istəyirəm. Ancaq, nə bilim, bu oxşamaq dediyim şeyin yazmaqla əlaqəsi varmı? Onlar kimi yaşamaq istəyirəm. Başqalarına oxşamağa çalışdıqca özümü unutdum. Bəlkə, indi  yalnızlıq dediyim şey də elə bu zaman hopdu canıma. Hər şey oktyabrda başladı. Yalnız qalmaq istədim. Bir sabah gözümü açdım gördüm ki, yalnızam. Çıxdım küçəyə. Hər şey olduğu kimi yerində dayanmışdı. Xatırladım. Dünən də bu bina yerindəydi. İşıqfor hələ də üç rəngdə. Adamlar harasa tələsir. Dünənki kimi.  Küçə də hər zamanki küçə. Daha nə? Nə bilim, özümü bu uzunsov eyniliyə aid hiss eləmirdim. Bu işıqforda da, darıxa-darıxa gözləyən maşın təkərlərində də, elə bu yol

Balıqqulağının nağılı ( Hekayə )

Resim
18 nörməli avtobusa ithaf olunur.  “Evə gedib romanıma davam edəcəm” axırıncı cümləsi bu cür oldu. İndi bilmirəm hekayəmə hardan başlayım, harda bitirim, harasın gerçək deyim, harasın uydurum ? Ən yaxşısı lap əvvəldən, hər şeyin ayağından başlamaq. Ki heç kimin əli yaxamda qalmasın. Hələ gözümüzü su yeri almamışdı. Nə içib ağlamaq bilirdik, nə sərxoş olub küçədə avara-avara gəzmək. Sonra gözümüz göz yaşına öyrəşdi. Sonra əlimiz dost çiyinində təsəlliyə döndü. Sonra ayağımız bekar oldu. Gəzdi, gəzdi. Amma heç vaxt harasa çatmadı. Arzularımız da addımlarımızdan böyük. Həm də bu avara ayaqların böyük pillələrlə nə işi ? Uşaqlığımız bir keçib. Ayaqyalın gəzdiyimiz yovşanlıqda yerdən yığdığı balıqqulaqlarından qolbağı düzəldən həvəsli uşaqlar idik. Balıqqulaqlarını deşir, sap üsündə sıralayır, qolmuza taxıb özümüzü dənizlərin hökmranı hiss eləyirdik. Həyat hər ikimizə eyni anda, eyni şeyləri hiss etməyi öyrətmişdi. İkimiz də yazıçı olacaqdıq.   Məktəbdəki qızları yarı bölü

Altı yüz on üç ? ( Məktub )

Resim
Əzizi insan, o mübhəm ayrılığın üzərindən düz altı yüz on üç gün keçib. Aydadi-bidad, indi düşünürəm ki, gör mən ayağının altında qaldığımız bu altı yüz on üç gündə gəzdiyim küçələrdə, içib göydən düşmə bir ağlamaq ehtirasıyla əllərimi üzümə çəkidiyim yorğun kafelərdə, tez-tez dəyişdiyim iş yerlərimdə, boş küçələrdə, avtobus dayanacaqlarında, piyada keçidlərində, kimsəsiz parklarda səndən bir parça yığa-yığa yaşamışam və həqiqətən inanmışam ki, nə vaxtsa bu parçalardan bir sən yarada biləcəm. Təəssüf, hər şey belə asan bitdi.  Səni axırıncı dəfə ötürdüyüm dayanacağa iki həftə dalbadal hər gün eyni vaxtda gəldim. Bir dəfə metroda gördüm. Tələsik çevrilib nəhəng kişinin arxasına keçdim. Yolumu evinizdən saldım. Uzaqdan izlədiyim həmin ev olduğu kimi yerində dayanmışdı. Elə həyətdəki itlər də eynisi idi. Bu başı batmış, yetim qalmış altı yüz on üç günün nə həmin evə, nə həmin yorğun itlərə, nə də həyətdəki dikanlı akasiya ağacına əli dəymişdi.  Zibil qutularının yanında siqaret ç

Onu sevənlərdən şəhər salmaq olar.

Resim
Bir azdan dostumla görüşəcəm. Dost kimi görüşəcəm, yad kimi sağollaşacam. Deyəcəm ay əclaf, necəsən ? Quru bir “Yaxşıyam”. Mən də ciddiləşəcəm. Yer göstərəcəm. Yal-dinməz oturacaq. Sonra siqaret yandıracam. O qızı xatırlayacam. O qız. Bu adam haqqında bütün cümlələr “nə bilim”lə başlamalıdır.. Nə bilim, o bəlkə də əclafın yekəsidir, yox, əsl mələk. Dəqiq baxsan çiyinlərindəki qanad izlərini də görmək olar. Sadiq birisidirmi ? Nə bilim, bəlkə də, yox. Ətrafındakı oğlanlardan şəhər salmaq olar. Hamısı da ona aşiq. Bəs mən ? Yox, qardaş nə eşq, nə sevgi ? Düzünə qalsa qız köhnə sevgilimdi. Nə olsun köhnə sevgilimdi ? Biz hələ də görüşürük. Yəni olmaz ? Gör bu şəhərdə ayrılıb görüşən nə qədər adam var. Görüşürük də, qucaqlayışırıq da, lap o tərəfdi də. Ayrıldıqmı  hamısını unuduruq. Elə bil yerli-dibli belə bir şey olmayıb.  Aşiqlərindən danışır. Belə anlarda gözləri küçə fənəri kimi işıq saçır. Heç kimə “hə” cavabı verməsə də bilirəm ki, sevilmək, qısqanılmaq üçün gizli-aşk