Onu sevənlərdən şəhər salmaq olar.
Bir azdan dostumla görüşəcəm. Dost kimi görüşəcəm, yad kimi
sağollaşacam. Deyəcəm ay əclaf, necəsən ? Quru bir “Yaxşıyam”. Mən də
ciddiləşəcəm. Yer göstərəcəm. Yal-dinməz oturacaq. Sonra siqaret yandıracam. O
qızı xatırlayacam.
O qız. Bu adam haqqında bütün cümlələr “nə bilim”lə
başlamalıdır.. Nə bilim, o bəlkə də əclafın yekəsidir, yox, əsl mələk. Dəqiq
baxsan çiyinlərindəki qanad izlərini də görmək olar. Sadiq birisidirmi ? Nə
bilim, bəlkə də, yox. Ətrafındakı oğlanlardan şəhər salmaq olar. Hamısı da ona
aşiq. Bəs mən ? Yox, qardaş nə eşq, nə sevgi ? Düzünə qalsa qız köhnə
sevgilimdi. Nə olsun köhnə sevgilimdi ? Biz hələ də görüşürük. Yəni olmaz ? Gör
bu şəhərdə ayrılıb görüşən nə qədər adam var. Görüşürük də, qucaqlayışırıq da,
lap o tərəfdi də. Ayrıldıqmı hamısını
unuduruq. Elə bil yerli-dibli belə bir şey olmayıb.
Aşiqlərindən danışır.
Belə anlarda gözləri küçə fənəri kimi işıq saçır. Heç kimə “hə” cavabı verməsə
də bilirəm ki, sevilmək, qısqanılmaq üçün gizli-aşkar sinov gedir. Görün hələ
nə deyəcəm ? Yaxın günlərdə evlilik
təflif ediblər. O da zarafatçılın biri : Deyib mən gündə sənin kimi onun yola
verirəm. İkimiz də bu əhvalata güldük. Sonra həmin oğlan yadıma düşdü. Qəribə
oldum. Elə bil içimdə hansısa bir duyğunun qol-budağı sındı.
-Sən nə əclaf adamsan. Utanmırsan ? Heç insana deyiləsi sözdü bu ?
Çevrilib kədərlə baxdı.
- Bəs mənə xəyanət eləyəndə düşünmürdün bunu ? Düşünmürdün
ki, bu insana ediləsi hərəkət deyil ? Bilmirdin səni nə qədər çox sevirdim ? Ən
böyük əclaf elə sən özünsən. Həmin gün mənə xəyanət eləməsəydin indi biz
evliydik.
Susdum. Susmasaydım nə olacaqdı ? Onsuz da heç nə dəyişəsi
deyildi. Yerdən göyə qədər haqlıydı. Birdən ağlamağa başladı. Əvvəl
yavaş-yavaş, onu ağladan səbəbdən utana-utana, sonra hönkürtüylə, əlindən
oyuncağı alınmış uşaq kimi. Boynunu qucaqladım, saçından öpdüm, göz yaşlarını
sildim və hiss elədim ki, yanaqlarından aşağı muncuq dənələri kimi süzülən göz
yaşlarına baxdqıca azalıram, yox oluram, boynundakı qolum yavaş-yavaş sürüşür,
saçındakı öpüş izlərim itir.
Dodağının altında bir mirsa pıçıldamağa başladı.
“Yenə bu şəhərdə üz-üzə gəldik... “ İkinci misrası nəydi ?
Yadımdan çıxdı. Əşşi cəhənnəm ! Onsuz da o şairi sevmirəm. Mənim ən sevdiyim
şair Brodskydi ? Niyəsini deyim ? Ona görə ki, hələ o şairdən bir misra da
oxumamışam. Çox yaraşıqlıdır. Bilirəm ki, şevgi şeirləri də var. Mən həmin
şierləri oxusam elə biləcəm ki, onları mənim üçün yazıb, başa düşürsən, necə
deyim, ona aşiq ola bilərəm. Amma sonra
yadıma düşəndə ki, o ölüb, həm də hələ mən dünyaya gəlməmişdən əvvəl ölüb o
zaman əhvalım pozulacaq. Oturduğum yerdə niyə kefimə dəyim ? Düz demirəm ?
Gözlərimin içinə dikildi.
Nə vatsa kiminsə ölməyini istəmisən ? dedi.
-Yox.
-Mən sənin ölməyini istəyirdım, dedi.
Bax indi otumuşam həmin kafedə. Dostumu gözləyirəm. Əminəm
ki, onunla dost kimi görüşəcəm, yad kimi sağollaşacam. Nə bilim niyə ? Nə bilim
söhbəti niyə uzadıram ? Hamısı içkidəndir, hamısı. Birdən ağlıma qəribə bir
fikir gəlir.
- “Onu sevənlərdən
bir şəhər salmaq olar. Bəs unutmayanlardan ? “
Yorumlar
Yorum Gönder