Kayıtlar

Nisan, 2018 tarihine ait yayınlar gösteriliyor

Üzük

Resim
                                                                                                                Saday Budaqlıya itafaf olunur. Səfalı müəllimlə gecənin bu vaxtında bu şəkilli kafedə görüşməyimiz adətdəndir. Ya iki günün biri, iş-güc çox olsa həftədə bir dəfə həmin şəkilli kafedə öz yerimizi tanıyırıq. Aramızda iyirmi yaş fərq var. Ancaq o şəkilli kafenin içində dövr eləyən söhbətlərdən bu iyirmi il ay-ay, həftə-həftə xərclənir, xırda-xuruş bir şey kimi görünür. Əsas nəfəsdir, nəfəsin gəlirsə, dilin söz tutursa yaşın nə önəmi? Səfalı müəllim sən deyən qoca deyil.. Üzündəki qırışlar, elə bil, hansısa bir ünvana elə hey uzanıb gedirdi. Gözlərinin aşağısında yığılan torpabalar da qocaqlıqdan yox, yuxusuzluqdandı.. Alnında çapıq var. Girəvə salıb bu  çapığın tarixini soruşa bilmirəm. Bəlkə, o da soruşmağımı istəyir və bəlkə, mən soruşmadan onun özü haqqında ( qoy bu lap balaca çapıq olsun ) nəsə danışmağı,  doğrudan da, Səfalı müəllimin xasiyyətindən deyil. B