Kayıtlar

Kasım, 2017 tarihine ait yayınlar gösteriliyor

Orxan Həsənzadə- Rəvanın ayaqqabıları

Resim
Əziz dostum, indi xatırlayıram ki, səninlə görüşdüyümüz birinci günü çıxmaq şərtiylə digər bütün görüşlərdə içmişik. Mən səni ayıq başlıykən çox az hallarda xatırlayıram. Xatırlayanda da çağırıram ki, "Rəvan, qaqa, gəl içək". Mənə elə gəlir ki, biz kitabları eyni hərarətlə,  maraqla oxuyur, eyni cümlələrin altından xətt çəkir, eyni hissələr haqqında düşünüb içimizə pıçıldayırıq ki, "bax, bu cümlə xalis ədəbiyyatdır". Hərdən də mənə elə gəlir ki, biz hətta qızları da eyni cür sevir, eyni cür xəyanət edir, eyni cür ayrılırıq. Hələ dərininə getsək onu da deyə bilərəm ki, bəlkə də, sevdiyimiz qızlar da bir-birinə bənzəyir. Yəni deyirəm ki, nə vaxtsa eyni qıza aşıq olsaq təəccüblənməyəcəm. Sən işlədiyim yerə gələndə əl verib qucaqlayıram ki, qoy istedadlarımız bir-birinə qarışsın. Yazı yazanda iki qat oluram. Beynimdəki situasiyanı izah edə bilməyəndə az qala divara dırmaşım. Əvvəl mətnin qarışısından çəkilirəm. Gedib evin bütün künclərində darıxıram, sonra

Orxan Həsənzadə- Əşyaların səsi - I hissə

Resim
...uzun müddətdir heç nə yaza bilmirəm. Yuxarıda yazdıqlarım mənə yaşadığımı xatırladır. Bunları yaşamışamsa deməli nə vaxtsa var idim. Var olduğumu dilimin altından çıxarıb udqundum, varlığım incə boğazımdan keçib mədəmə doldu. Mədəmin içində o qədər rahat yaşayırdım ki, burdan çıxmağı düşünmür, həzm olunana qədər  burda yaşamaq istəyirdim. İndi isə əzilib büzülmüşəm. Bütün bədənim tikə-tikə olub, hər parçam bir yerə dağılıb. Nə vaxtsa  varlığımın bu formaya düşəcəyini bilsəydim yenidən var olmaq istəyərdim mi, bilmirəm ?             Bir anlıq özümü unutdum. Mədəmin içindəki ağlaşma səsinə fikir verməyib küçəyə çıxdım. Bomboş küçədə hürən itlərin təkliyinə qoşulub bir iki ağız da mən hürdüm. O qədər gözəl hürüdüm ki, itlərin səsi kəsildi. Hamısı susub məni dinləməyə başladılar. Bir balaca darıxdım. İt olmaq xoşuma gəlmişdi. Varlığımı it olaraq düşündüm. Nə kədərli mənzərə idi elə deyilmi ? Bütün gün küçələrdə veyil-veyil gəzmək, yayda yaramaz uşaqların daşlarından, qışda şaxtan

Orxan Həsənzadə- Kirayə adam

Resim
    Hərdən dostların “necəsən” sualına verməyə cavab tapmır, astaca “kirayəyəm” deyirəm. Son iki ayda dəyişdiyim evlər, iş yerləri, adamlar,- hamısı bir sözün- “kirayəyəm”in içinə elə sığışır ki, elə bil, bütün sözlərin atası odur və bütün sözlər həmin kəlmənin əlindən tuta-tuta, yaxasından yapışa-yapışa  böyüyüb və onu da düşünürəm ki, içimdə hələ yeniyetməlik dövrünü yaşayan kəlmələr “kirayəyəm” in yanında  başı oyuncaq hərflərə qarışan ağzı selikli uşaqdır. Dəyişdiyim iş yerləri bədənimin itgin düşən parçaları kimidir. Hərəsi şəhərin bir tərəfinə atılıb. Son iki ayda üç iş dəyişmişəm.     Hər şeyin birdən birə müvəqqətiyə, məluma çevrildiyi bu zamanlarda sevdiyim bir neçə detalı tapmaq, körpə əzizləyən misalı əzizləmək, onu almaq, özünə sıxmaq və estetika dediyimiz şeyin naməlum düsturunda bişirib ədəbiyyata çevirmək... Əzizlərim, icazə verin iki aylıq iş həyatımın bədənində bir neçə xatirəlik gəzintiyə çıxaq. Odur ki, kəmərlərinizi bağlayın və gülümsəyin.    "Qa

Orxan Həsənzadə - Təqvimin nəmişlik tərəfi

Resim
Yağışlı bazar ertəsi sabahı. Gözümün altına yığdığım bir çanqa bulud topası ilə əllərimin bekarçılığını ciblərimə bağışlayıb yaş asvatın üzərində həzin-həzin yeriyirəm. Bilirəm ki, indi palıd ağaclarının yaşıl yarpaqlarından üzülüb torpağın soyuq bətninə düşən məsum yağışın biri də içimdə, içimdə haradasa dərində bir yerdə yağır və mən bu yağışın nəmişliyindən hər dəfə daha gümrah, qızılgül ləçəyi kimi təmiz çıxıram. Bazarertəsi sabahlarını sevmirəm. Xüsusiylə belə havalarda hər şey mənə hələ ağzı açılmamış konserva qutusunu xatırladır. Elə bil, bir topa yaşantını paslanmaz dəmir qabın içinə yığıb dənizə atılan məktub şüşəsi kimi zamanın nəhayətsizliyinə buraxırsan və xüsusiylə belə anlarda həmin qaba toxunan bütün əllər naməhrəm, bütün əllər kəsilməyə məhkumdu. Bu məni həmin qabın taleyini yaşamağa məcbur edir. Elə bil ki, həmin qaba yazığım gəlir və elə bilirəm ki, indi həmin qabam. Yağış güclənməyə başlayır. Yaxınlıqdakı köşkdən siqaret alıb cins gödəkçəmin qollarını əllərimin üz

Orxan - Hasanzadə- Bakı

Resim
Universitet ə yeni q ə bul oldu ğ um zamanlarda onun bir parças ı na çevril ə m dey ə birc ə günd ə bütün şə h ə ri ə zb ə rl ə m ə k, yadda şı ma yazmaq ist ə yirdim... El ə fikirl əş irdim ki, bir günd ə şə h ə rin bütün divarlar ı yla, s ə kil ə riyla bütün tarixi abid ə l ə ri, m ə scidl ə ri, kilis ə l ə riyl ə tan ış olmal ı yam. Qorxurdum ki, bunu etm ə s ə m şə h ə r sonradan m ə ni tan ı mayacaq. Üstün ə tarixin çirki hopmu ş bu boz şə h ə rl ə q ı sa zamanda tan ış olmad ığı m t ə qdird ə n ə vaxtsa m ə nd ə n qisas alaca ğı n ı , m ə s ə l ə n  gec ə nin  birind ə üstüm ə b ı çaq ç ə kib cibimd ə ki sonuncu manat ı qopara, ev ə gec qay ı td ığı m ı bilib avtobsuna gecikdir ə , ya da n ə vaxtsa qaranl ı q v ə dar küç ə l ə rind ə n birind ə yolumu s ə hv sald ı r ı b bir anda  ça ş ba ş qoya bil ə rdi. Düzünü des ə m, ə vv ə ll ə r bu n ə h ə ng şə h ə rin getdikc ə bitm ə y ə n yollar ı ndan, baxd ı qca tük ə nm ə y ə n eyvanlar ı ndan  v ə d ə