Əşyaların səsi- III hissə

 
                                                                Keçmişdə xoşbəxt olan hər şey bu günün əzabıdır.
Edqar Allan PO


Hamı keçmişdə xoşbəxtdir. İçimə yığılan xatirə parçalarını toplasam bunlardan bir neçə insan həyatı edəcəyini bilirəm. Ancaq yazılan kitabların  yalnız bir həyatın yox, bir neçə həyatın məhsulu olduğundan da xəbərim var. Bəxdbəxt insanların niyə hər şeyə yenidən başlamaq üçün məni yox eləmək, silmək istədiklərini  yalnız həyatın başladığı yerin yaddaşsızlıq olduğunu düşündüklərinə görə olduğunu bilirəm. Belə düşünən adamlar heç vaxt xoşbəxt olmamaqla bərabər, yaddaşlarını da böyük qəzaları saymasaq heç vaxt itirmirlər. O zaman insanın yaddaşa olan həqiqi münasibəti necə olmalıdır ? İlk öncə onu deyə bilərəm ki, insan bütünlüklə yaddaşdan ibarətdi. Yaddaşı inkar eləmək insanın özünü inkar eləməsindən başqa bir şey deyil. Heç nə olmayanda yaddaş var idi demək istədiyimi hiss eləmiş kimisiniz. Ancaq bunu deməyəcəm. İnsan varsa yaddaş da var və yaddaşın olduğu yerdə insan da mütləq olmalıdır. İçimə yığılan cürbəcür yaşantıları düşündükcə qan ağlayıram. Qollarım olmadığını sanmayın. Belə anlarda qollarım ümidsizcə  boşlıb yerin dibinə girmək istəyir. Məni eşələyən adamlara demək istədiyim bircə şey var. Xahiş edirəm, əgər vacib deyilsə bunu eləmyin. Müxtəlif formalara düşdüyüm, içimdə müxətlif yaşantıları, detalları, sevincli, kədərli anları saxladığım həyatda öyrəndiyim bir gerçək varsa o da insanların həmişə mənim arxamca düşməsi, eşələməyə çalışması, incitməsi olub. Bunu görəndə içimdəki qəzəbi boğmaqda çətinlik çəkirəm. Yaşadığınız heç nə sizin deyil. Hamısına baxdığınız film, dinlədiyiz musiqi bəlkə də elə indi oxuduğunuz bu kitab kimi yalnız emosiya, hiss yığını, suxur, qalıq olaraq sahibsiniz. Yaddaşını itirən adam haqqında məşhur hekayəni bildiyinizə əminəm. Hekayənin qəhramanı birdən-birə yaddaşını itirir. Keçmişini itirən adamın gələcəyinin əlindən çıxdığından xəbərdar olan hamı kimi bu adam da bütün gün yaddaşını axtarmaq, onu tapıb yenidən öz yerinə qoymaq üçün min cür oyundan çıxır. Gecələr şəhərin qaranlıq küçələrində, dar tinlərində gəzir, siyasi posterlərin yazılıb cırılmış və yerində əcayib forma qalmış divarlarına, işıqlı vitrinlərinə, vitrindəki gözəl manikenlərinə, zibil qaplarının başına yığılmış maraqlı itlərinə, asvaltın ütülü üzündə kölgə kimi keçən pişiklərinə, işıq dirəklərinə, qədim binalarına, karton üzərində yatan evsizlərinə, sərsərilərinə baxır. Heç birində öz keçmişini tapa bilmir. Ümidsizliyə qapılmayan adam yaddaşının da hardasa onu axtardığını, elə bu tinin arxasında onu gözlədiyini, bir küçə o tərəfdə zibil qutularını eşələyən itlərin arasında olduğunu, evdəki kitablardan birin içidə hansısa cümləyə çevrildiyini düşünərək uzun müddət yaşayır. Bütün həyatı boyu yaddaşının onu, onun da yaddaşını axtardığını düşünə düşünə ölüb yoxa çıxır.

Elə bilməyin ki, yaddaş da insan kimi nəyisə xatırlaya bilməz. Həmişə kimsə nəyisə xatırlayır, ancaq həmin xatirənin özü olmaq yalnız mənə məxsusdur. Saf oxucu bilsin ki, yazdığım hər şey mənəm.
Əvvəl uşaq idim. Gilas ağacının incə budaqlarının ta ucundakı meyvəyə çantanda yaşadığım xoşbəxtliyin eynisini indi də yaşayıram. Evdəki dava-dalaşları, üzümün qırmızılığına yığdığım pərt oluşları, birdən-birə içimə dolmağa başlayan darıxmaqları qəribə duyğu ilə yazmaq istəyir, yeridiyim yol, aid olduğum küçə, dinlədiyim musiqi, eşitdiyim səs və digər hər şey mənə söz kimi görünməyə başlayırdı. Aradan illər keçəndən sonra qollarında  ( alınmamış intiharın möhürü )  kəsik izləri olan həmin qıza toxunduğum an da eyni hissi yenidən yaşadığımı duyub gördüyüm sözləri çığırmaq, ətrafa səpələmək istəmişdim. Bütün bunların danışmaqla itdiyinin fərqində varanda gec deyildi. Yazmaq istədikcə onun ucu sarıya çalan saçları, gülərkən yanaqlarının qeyri-adi hərəkəti, pionino dillərini xatırladan barmaqları, dodaqlarının nazikliyi önümdə canlanır, mətnin situasiyası ilə çıxdığım savaşdan hər dəfə məğlub qayıdırdım. Bədəninin bədənimə uyuşan simmetriyasını, ətnin istiliyini, əllərini yumuşaqlığını sıxıb özümünkü eləməyə çalışdıqca içimdə sözlərin bir-bir öldüyünü düşnür, buna qarşı gələ bilməməklə birlikdə həm də əzab çəkirdim. Hər şeyə rəğmən xoşbəxt bir həyat yaşayırdım, təəssüf ki, bunu heç kim bilmədi.

Sonra toxunduğum bütün bədənlərdə eyni qoxunu duyanda bunu daha dərindən, əzab hissi ilə duyub bütün adamların eyni olduğuna özümü inandırmağa çalışdıqca daha çox bədbin olduğumun fərqində deyildim. Bir zamandan sonra  öpdüyüm, qollarımın qalasına çəkdiyim, sevdiyim bütün qadınların ona çevrildiyini görüb əslində bütün adamların o olduğuna qəribə intusiya ilə qərar verdim. Yaddaşını itirən adam kimi onu axtarmağa, onun da haradasa məni axtardığına o qədər inanmışdım ki, bir müddətdən sonra yaşadığım həyatın həqiqliyindən şübhəyə düşüb hekayəyə çevrilməyindən qorxmuşdum. Hekayəyə çevriləcəkdimsə əbədi yaşayacaqdım, amma heç vaxt xoşbəxt olmayacaqdım.

Bir zamandan sonra onu bütöv tapacağıma bütüm inamımı itirdim. Küçələrdən yerişini, yad qadınlardan ucu sarıya çalan saçlarını, yanaqlarını, qoxusunu yığıb birləşdirmək, bir-bütöv eləmək üçün çalışdım. Ona çatana qədər yeddi hadisə ilə vuruşmalı idim.

Birincisi. Boyu çiynimdən idi. Gülərkən yanağında yaranan qeyri adi formada O-nu tapacağımdan o qədər əmin idim ki,  hansısa zarafatın tən ortasında bu xırda bədənin altından O-un çıxacağına, qucaqlayıb bağrıma basacağıma və birdə heç vaxt ayrılmayacağımıza sadəlövcəsinə inanırdım. Son görüşə qədər buna inandığımı heyrətlə ifadə eləməliyəm.

İkinci. Qeyri-adi idi. İlk görüşümüzdə əlini şeyimə aparıb mastrubasiya eləməyi məni təəccübləndirmişdi. Ancaq məni daha çox təəccübləndirən şey onun ucu sarıya çalan ipək saçlarının eynisinin bu qadında da ilahi bir nizamla mövcud olmağıydı. Sevişdiyimiz isti günlərdə tərləmiş bədənimə baxdıqca solumdakı çılpaq vücudun yalnız sarıya çalan saçlardan ibarət olduğunu duyub kədərləndim. Ancaq O-na bir az da yaxınlaşdığımı, bir adamı yenidən inşa eləməyin nə qədər çətin və məsuliyyətli bir iş olduğunu, bunun yalnız allahlara xas olan məşğuliyyət hesab elədiyimi də sizlərdən gizlədə bilməyəcəm.

Üçüncü. İstedadlı idi. Çəkdiyi rəsmlərdən çox, rəsmlərin arxasına yazdığı yazıları xatırlamağımdakı sirrin dünyanı söz olaraq görməyimlə bir əlaqəsi varmı, bilmirəm. Ancaq barmaqlarının incəliyi mənə O-nu elə yaxından hiss elətdirirdi ki, bir yerdə keçirdiyimiz gecələrdə onu yuxuya verib barmaqları ilə danışırdım.

Dördüncü. Eyniylə onun kimi sevişirdi. Gözlərimi yumub  bədənimin üzərində isti ət parçasının dayanıqlı tarazlıqdakı hərəkətini hiss elədikcə bir yandan göz qapaqlarımın arxasındakı adamın o olduğunu düşünüb ürəyimin həyacandan sürətlə döyünməsini hiss edir, bir yandan da qulağıma dolan ehtirasın kobud səsiylə qapıldığım aldanışın şirin yuxusundan istəmədən oyanmağa məcbur olurdum. Bir gün yan masanın üzərində boş şərab şüşəsini, yarım dişlənmiş iki almanı, armudu, dibinə şərabın rəngi hopmuş boş qədəhləri görəndə otağın düz mərkəzinə keçib hönkürtüylə ağlamağa başlamışdım.
Beşinci. Onu çantasından tanışmışdım. Üzərində göy xətlər olan qara çantanı hansısa yarışlardan birində mükafat olaraq vermişdilərmi, yoxsa bir yerdə çıxdığımız gəzintidə çox bəyəndiyinə görə almışdıqmı, xatırlaya bilmirəm. İslam Səfərli və Vidadi küçələrinin kəsişməsində çiynində həmin çanta ilə gördüyüm qadını Nizami metrosuna qədər izlədiyimi yalnız həmin metronun qabağından aldığım siqaretin qutusunu açarkən fərqinə vardım. Bu qısa məsafəli yolu bir ömür kimi yaşadığımı izah eləmək üçün cəhd etməyəcəm. Ancaq saf oxucudan bircə şeyi bilməsini xahiş edirəm ki, bu detal ,( digər detallar məndən inciməsin)  bəlkə də, mənim üçün digər bütün detallardan daha dəyərli idi.
Altıncı. Gənc Tamaşaçılar Teatrında ən arxadakı yerdən bilet aldığımız o gün oyunun ortasında öpüşməyə başladığımızla burda- başımızn üzərində  olduğunu, yəni izləndiyimizi bildirmək üçün iki boğaz öskürən qadını uzun müddət sonra yenidən həmin teatrın qabağında gördüyüm zaman içimdən keçən dəhşətli ağrıdan O-un bir parçasını tapmış kimi oldum.

Yeddi. Buna qədər yığdığım və bundan sonra da bir-bir yığmağa çalışdığım digər bütün parçalar.
Mövlanə Cəlalləddin Ruminin də dediyi kimi: “Canım, gözəlim, kədərlim, fələklər vaxtı gəlib çatdı, gəl mənim yanıma, harda olursan gəl, istər siqaret tüstü ilə dolu ofisdə, istər camaşır iyi gələn evin soğanlı mətbəxtində, istər törtöküntülü evin mavi yataq otağında, harda olursan ol, vaxt tamamdır, gəl mənim yanıma. Artıq yaxınlaşan dəhşətli fəlakəti unutmaq üçün pərdələri çəkilmiş yarıqaranlıq otağın sükutunda var gücümüzlə bir-birimizi qucaqlayıb ölümü gözləməyin vaxtı çatdı”



Yorumlar

Bu blogdaki popüler yayınlar

Onu sevənlərdən şəhər salmaq olar.

Qəribə gecə

Əşyaların səsi- VI hissə