Orxan Həsənzadə- Rəvanın ayaqqabıları

Əziz dostum, indi xatırlayıram ki, səninlə görüşdüyümüz birinci günü çıxmaq şərtiylə digər bütün görüşlərdə içmişik. Mən səni ayıq başlıykən çox az hallarda xatırlayıram. Xatırlayanda da çağırıram ki, "Rəvan, qaqa, gəl içək". Mənə elə gəlir ki, biz kitabları eyni hərarətlə, maraqla oxuyur, eyni cümlələrin altından xətt çəkir, eyni hissələr haqqında düşünüb içimizə pıçıldayırıq ki, "bax, bu cümlə xalis ədəbiyyatdır". Hərdən də mənə elə gəlir ki, biz hətta qızları da eyni cür sevir, eyni cür xəyanət edir, eyni cür ayrılırıq. Hələ dərininə getsək onu da deyə bilərəm ki, bəlkə də, sevdiyimiz qızlar da bir-birinə bənzəyir. Yəni deyirəm ki, nə vaxtsa eyni qıza aşıq olsaq təəccüblənməyəcəm. Sən işlədiyim yerə gələndə əl verib qucaqlayıram ki, qoy istedadlarımız bir-birinə qarışsın. Yazı yazanda iki qat oluram. Beynimdəki situasiyanı izah edə bilməyəndə az qala divara dırmaşım. Əvvəl mətnin qarışısından çəkilirəm. Gedib evin bütün künclərində darıxıram, sonra ...